AZ

"Adana Dəmirspor" Maykl Valkanisi istefaya göndərib

Türkiyə Superliqası təmsilçisi "Adana Dəmirspor" 2 ay əvvəl müqavilə imzaladığı baş məşqçi Maykl Valkanisi istefaya göndərib.

O, komandanın cari mövsüm uğursuz nəticələrinə görə yola salınıb.

Qeyd edək ki, 50 yaşlı mütəxəssislə iyul ayında "1+1" illik sözləşmə imzalanmışdı.

"Adana Dəmirspor" Superliqada 1 xalla sonuncu sırada qərarlaşıb.

Seçilən
30
cbcsport.az

1Mənbələr