Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Baytarlıq klinikası və heyvanların infeksion xəstəlikləri şöbəsinin aparıcı elmi işçisi, professor İlham Muqbil oğlu Əzimov vəfat edib.
Referans.az Medicina.az-a istinadla xəbər verir ki, bu barədə institut məlumat yayıb.
Qeyd olunub ki, o, baytarlıq elmləri doktoru olub.
İ.Əzimovun ölüm səbəbi açıqlanmayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta