AZ

İsrailin Livana hücumları nәticәsindә hәyatını itirәnlәrin sayı artmaqda davam edir

İsrailin Livana hücumları nəticəsində həlak olanların sayı 558 nəfərə çatıb.
İsrail ordusu dünən səhər saatlarından etibarən Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə yüzlərlə hava zərbəsi endirib.
Livan Səhiyyə Nazirliyi hücumlarda 50-si uşaq, 95-i də qadın olmaqla 558 nəfərin öldüyünü açıqlayıb.
Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edir.
Livan Təhsil Nazirliyi ölkə daxilində təhsilin dayandırıldığını açıqlayıb.
Daxili İşlər Nazirliyi İsrailin hücumları nəticəsində yurd-yuvalarından didərgin düşmüş vətəndaşların sığınması üçün ölkənin cənubundakı məktəblərin açıldığını açıqlayıb.
İsrail müharibənin hədəfləri arasında şimal bölgələrindən münaqişələr səbəbindən təxliyə edilmiş vətəndaşlarının təhlükəsiz şəkildə evlərinə qayıtması olduğunu bildirir.
''Hizbullah'' isə bölgədəki qarşıdurmaların İsrailin Qəzzaya hücumlarını dayandırdığı zaman sona çatacağını vurğulayır.



Seçilən
0
trt.net.tr

1Mənbələr