AZ

Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO - YENİLƏNİB-1

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Biləsuvar rayonu, Biləsuvar şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA FHN-nə istinadın xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “MAN” markalı yük avtomobili ilə "ВАЗ" markalı minik avtomobili toqquşub və 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

16.50

Sentyabrın 24-də saat 14:50 radələrində Bəhrəmtəpə-Biləsuvar yolununda Pərviz Hüseynovun idarə etdiyi "VAZ 21010" markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi "MAN" markalı yük avtomobili toqquşub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumatda bildirilib ki, qəza nəticəsində sürücü və sərnişinlər - Hüseynov Pərviz Allahşükür oğlu (1994), Hüseynova Xoşbəxt Arif qızı (1991), İsmayılova Mehriban Hüseyn qızı (1955), Hüseynova Aidə Yasər (1990) və İsayev Vasif Əkbər oğlu (1995) ölüb.

Araşdırma aparılır.

APA-nın əldə etdiyi məlumata görə, ölənlərin hamısı Cəlilabad rayonunun sakinləridir və onlar yaxın qohumdurlar. Xoşbəxt Hüseynova toyu planlaşdırılan oğlanın bacısıdır.

***

15.35

Biləsuvarda ağır yol qəzası olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Bəhrəmtəpə-Biləsuvar yolunda "Lada-012"markalı minik avtomobil "MAN" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində ölüb, bir nəfər xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Həmin şəxsin xəstəxanada öldüyü bildirilir.

İlkin məlumata görə, qəzada ölənlər Cəlilabad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.

Faktla bağlı araşdırma aparılır.

Biləsuvarda
Seçilən
19
2
apa.az

10Mənbələr