AZ

Payız depressiyasına niyə düşürük? -Psixoloqdan AÇIQLAMA

Təbiətdə baş verən fəsil dəyişikliyi, günəş işığının azalması, havaların soyuması, arxada qalan yay xatirələri, romantik duyğular qəmgin ovqat yaradır, əhval-ruhiyyənin aşağı düşməsinə səbəb olur. İlin bu fəsli bəziləri üçün depressiya, tənhalıq və həvəsin azalması kimi hisslər gətirir. Payız depressiyası həmin hisslərin təsiri nəticəsində yaranır.
Fəsil dəyişikliyi zamanı ona uyğunlaşmaqda çətinliklə üzləşənlər olur. Psixoloqlar payız fəslində insanlarda həssaslaşma, depressiv halların daha çox müşahidə edildiyini söyləyirlər.

Mövazu ilə bağlı danışan psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a deyib ki, doğrusu, fəsil depressiyasına ciddi yanaşmır:

''Çünki bütün fəsilləri hər il yaşadığımız üçün buna psixologiyamız, düşüncə tərzimiz alışıb. Payızda iş qabiliyyətinin azalması isə vətəndaşların tətildən yeni qayıtmaları ilə bağlıdır. Yəni, bu nüansın fəsillə əlaqəsi yoxdur. Ümumiyyətlə, tükənmişlik sindromundan, somatik depressiyadan əziyyət çəkən psixohəssas şəxslər hər şeyi səbəb gətirərək rahatlıqla depressiyaya girirlər. Bir sözlə, bu vəziyətin fəsillə bağlılığı yoxdur. Sadəcə olaraq insan var ki, günəşli havanı sevir və bunun üçün də yaz və yayda özünü daha yaxşı hiss edir. Əslində bu bir növ yanaşma ilə bağlıdır. Depressiyadan xilas olmaq üçün isə ilk növbədə yuxu rejiminə diqqət etmək, gecələr 8 saatdan az olmayaraq yatmaq vacibdir. Həmçinin dörd divar arasında qapanıb qalmamaq, əksinə dost və yaxınlara vaxt ayırmaq lazımdır. Qəmgin vəziyyət uzun müddət narahat edərsə, onun səbəblərini araşdırmaq və həyat eşqini artırmaq üçün mütləq həkimə müraciət etmək məqsədəuyğundur''.
Seçilən
4
sherg.az

1Mənbələr