AZ

Biləsuvarda toy karvanında qəza olub, 5 nəfər ölüb

Biləsuvarda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub. Belə ki, Bəhrəmtəpə-Biləsuvar yolunda toy karvanında olan “LADA-012” markalı minik avtomobili MAN markalı yük maşınına çırpılıb.

"Operativ Media" xəbər verir ki, TƏBİB-dən Azərtac-a verilən məlumata görə,  bu gün saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın cinsli) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib. Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb.

İlkin məlumata görə, qəzada ölənlər Cəlilabad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.

Seçilən
10
7
operativmedia.az

10Mənbələr