AZ

İsrail azanının oxunmasına mane oldu

İsrail səkkiz gündür İordan çayının qərb sahilinin El-Xəlil şəhərində yerləşən İbrahimi məscidində sübh azanının oxunmasına mane olur.

Fələstin Vəqflər və Dini İşlər Nazirliyinin yaydığı bəyanatda bu ifadələrə yer verilib:"İşğalçı İsrail qüvvələrinin 8 gün ərzində sübh azanının oxunmasına mane olmasını qınayırıq".

Bəyanatda bunun gələcəkdə İslam simvollarının məsciddə tamamilə qadağan edilməsini hədəfləyən təhlükəli addım olduğu vurğulanıb və İsrailin gərginliyi artırma təhlükəsinə diqqət çəkilib.

Bəyanatda həmçinin İsrail rəsmilərinin İsrailin yəhudiləşdirmə cəhdlərini araşdırmaq istəyən xarici heyətlərin məscidə daxil olmasına mane olduğı bildirilib.

Bəyanatda qeyd olunub ki, israillilər dünən gecə radələrində İsrail əsgərlərinin müşayiəti ilə İbrahimi məscidində dini ayinlər keçirib və məscidin müqəddəsliyini pozublar.

''İsrail oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı hücumları artırıb'',-bəyanatda vurğulanıb.

 

 



Seçilən
0
trt.net.tr

1Mənbələr