AZ

ABB-nin artıq 35 mindən çox səhmdarı var (FOTO)

Bakı. Trend:

24 sentyabr 2024-cü ildə ABB-də Bankın səhmlərininyerləşdirilməsi prosesinin nəticələri ilə bağlı brifinqkeçirilib.

Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü iltarixli müvafiq Sərəncamı əsasında dövlət müəssisələrinə özəlinvestisiyaların cəlb olunması məqsədilə belə bir kütləvi emissiyatədbirinin ilk dəfə məhz ABB-də həyata keçirildiyini diqqətəçatdıran İdarə Heyətinin sədri Abbas İbrahimov qeyd edib ki, 3aylıq proses ölkəmizin kapital bazarları üçün tarixi nəticə ilətamamlanıb.

Belə ki, ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədəyaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub.Beləliklə, ABB-nin səhmdarlarının sayı 1794 nəfərdən 35 105 nəfərəqədər artıb. Abbas İbrahimov maraqlı bir müqayisəni jurnalistlərindiqqətinə çatdırıb: “Müstəqillik dövründə ölkəmizin bank sektorundacəlb olunan əmanətçilərin ümumi sayı, təqribi hesablamalara görə,70 – 75 min ətrafındadır. ABB səhmlərinə abunə yazılışı prosesindəcəmi 3 ay ərzində tərəfdaşlarımızın dəstəyi ilə bu rəqəmin, deməkolar, yarısına çatmaq mümkün oldu”.

Səhmlərin yerləşdirilməsindən sonra Bankda özəl səhmdar payı7,8%-ə qədər artmış olur.

İdarə Heyəti sədrinin sözlərinə görə, əsas hədəf Sərəncamınməqsədinə uyğun olaraq mümkün qədər çox sayda vətəndaşımızın ABBsəhmlərinə abunə yazılması idi. Səhmdar sayının artması ölkəmizinkapital bazarlarında böyük canlanma yaradacaq, yeni investisiyafürsətləri bu bazarı inkişaf etdirəcək. “Mahiyyətcə bu, əsl xalqIPO-su - səhmlərin kütləvi yerləşdirilməsidir” – Abbas İbrahimovbildirib.

Brifinqdə səhmlərin yerləşdirilməsi ilə bağlı digər maraqlıfaktlar da jurnalistlərə təqdim olunub. ABB səhmlərinə sifarişlərin84%-i məhz rəqəmsal kanallar üzərindən verilib. Say etibarilə ümumisifarişlərin 24%-ni yaşı 30-dək olan gənc investorlar yerləşdirib.Bu, bir tərəfdən gənclərin ABB səhmlərinə böyük marağını, digərtərəfdən isə Azərbaycanın kapital bazarları üçün yeni investorkütləsinin formalaşdığını göstərir. ABB-nin yeni səhmdarlarının29%-i qadınlardır, səhmdarların 22%-i regionları təmsil edir.

Abbas İbrahimov deyib: “ABB səhmlərinə olan kütləvi maraqgöstərdi ki, cəmiyyətimiz belə təcrübələrə hazırdır.Tərəfdaşlarımızın bizə dəstəyi bu təcrübənin geniş yayılmasında,yeni investisiya fürsətinin hər kəs üçün əlçatan olmasında böyükrol oynadı. O, proses boyu Banka göstərilən dəstəyə görə müvafiqqurumlara, o cümlədən Mərkəzi Banka, Azərbaycan İnvestisiyaHoldinqinə, Bakı Fond Birjasına, Milli Depozit Mərkəzinə səhmlərəabunə yazılışında iştirak etmiş bütün banklara, investisiyaşirkətlərinə təşəkkürünü bildirib.

İdarə Heyətinin sədri ABB-nin 2024-cü ildə də gəlirlə fəaliyyətgöstərdiyini, cari ilin 1 sentyabr tarixinə 212 milyon manatdan çoxxalis mənfəət qazandığını nəzərə çatdıraraq qeyd edib ki, yenisəhmdarlar da gələn ilin əvvəllərindən Bankdan dividend gəlirləriəldə etməyə başlayacaqlar.

ABB ölkəmizdə kapital bazarlarının inkişafı prosesinin növbətimərhələlərində də fəal iştirak edəcək. Abbas İbrahimov məlumatverib ki, bir neçə gündən sonra ABB səhmlərini ABB mobil tətbiqiüzərindən təkrar bazarda alıb-satmaq mümkün olacaq. ABB səhmlərinintəkrar bazarda ticarətinin təşkili, qiymət sabitliyinin təminolunması üçün başqa əhəmiyyətli addımlar da atılıb. Tezliklə,səhmlərin likvidliyinə əlavə dəstək məqsədilə təkrar bazara “marketmakerlər” də qoşulacaq.

İdarə Heyətinin sədri jurnalistləri maraqlandıran digər suallarada aydınlıq gətirib.

ABB-nin
ABB-nin
Seçilən
17
11
az.trend.az

10Mənbələr