AZ

İnamımız sarsılmazdır!

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.Dövlət başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb . Cənab prezident İlham Əliyev Qarabağ Universitetində yaradılan şəraitlə tanış oldu.Möhtərəm prezidentimiz öz çıxışında qeyd etdi ki, kadr heyətinin seçimi zamanı Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün vacib olan bilik və bacarıqlara sahib peşəkar mütəxəssislərə üstünlük verilib.Hazırda bu işlər davam etdirilir.
Ölkə başçısı ilk növbədə bütün Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə ürəkdən təbrik etdi .Və əminliklə vurğuladı ki,20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
Möhtərəm prezidentimiz çıxışında vurğuladı ki , Azərbaycan xalqı və dövləti vətən yolunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini həmişə uca tutur,onları daim xüsusi ehtiramla yad edir,qazilərin sağlamlığının qayğısına qalır, onlarla qürur duyur.Vətən müharibəsi Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyub.İşğaldan azad olunmuş ərazilərdə bərpa və  yenidənqurma işləri aparılır .Qarabağa həyat qayıdıb .Məhz Vətən müharibəsinin nəticəsi kimi Azərbaycanın   Ermənistanla sərhəd xəttinin bərpasına başlanılıb və Zəngəzur dəhlizi yaxın zamanlarda tarixi reallığa çevriləcək.
Cənab Prezident bildirdi ki 2024-2025-ci tədris ili üzrə universitetinin bakalavriat səviyyəsinə tələbə qəbulunda ümumilikdə 1120 yer nəzərdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələrinə əsasən 1104 tələbə qəbul olub.Ölkə basçısı çıxışında qeyd etdi ki, antiterror əməliyyatında cəmi bir neçə saat davam edən döyüs Azərbaycan ordusunun tam zəfəri ilə başa çatdı. Azərbaycan öz milli qürurunu bir daha bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz .Ölkə başçısının Xankəndiyə səfəri və Qarabağ Universitetinin açılışında iştirakı bir daha orada təhsil alacaq tələbələrə və bütün xalqımıza stimul oldu.Dünyada ədalət var.Bu inam,  ölkə başçısına sevgi və onun ətrafında sıx birləşmək bir xalq olaraq bizi xoşbəxt gələcəyə aparır.Biz bunu ağır döyüş yolu keçmiş bir millət kimi deyə bilərik. Milli ruhda aldığımız tərbiyə, mədəniyyətimizə, adətlərimizə  sadiqliyimiz bizi qələbəyə daha da yaxınlaşdırdı .Cənab prezident çıxışında qeyd etdi ki,övladlarımızın vətənpərvər ruhda böyüməsi üçün məktəblərin və müəllimlərin üzərinə çox böyük yük düşür.Biz bir xalq olaraq ailə dəyərlərinə önəm veririk.Bu proses məktəbdə davam etdirilir.Ölkə başçısının dediyi kimi hər bir müəllim bu məsuliyyəti anlamalıdır .
Qarabağ Uiversitetinin yaradılması tarixi hadisədir.Dünyaya səs salan bir ölkə olaraq xalqımızın birliyi və cənab prezidentimizin güclü siyasəti sayəsində daha xoşbəxt gələcəyə gedirik .
Yaşasın, Azərbaycan xalqı !
 
Nərgiz Həsənova. YAP Bərdə rayon təşkilatı fəalı,  E.Əsədov adına Türkmən kən tam orta məktəbin direktoru.

Seçilən
3
arantv.az

1Mənbələr