AZ

Sumqayıtda məktəbi dərmanladılar, şagirdlər zəhərləndi - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbi bit, birə basıb.


Bu səbəbdən məktəbdə dərmanlama işləri aparılıb. Dərman səpiləndən sonra uşaqların əksəriyyəti zəhərləniblər.


Bu barədə Bakupost.az -a övladları sözügedən məktəbdə təhsil alan uşaqların valideynləri bildirib.


Övladı məktəbdə zəhərlənən valideyn deyib:

 

"Qızım sonuncu dərsdə iştirak edə bilməyib, halı pisləşib. Təbii ki,uşaqların halı pisləşər! 6-7 saat orda qalırlar. Qızımın səhhəti hələ düzəlməyib, boğulur, düzgün nəfəs ala bilmir".


Valideynlər bir məsələdən də şikayətçidirlər.


İddia edirlər ki, məktəbin direktoru Fatma Bayramova 1 həftədən çoxdur ki, bu vəziyyəti gizlədir.

Tarix: 24 Sentyabr 2024, 15:15   
Seçilən
15
25
pravda.az

10Mənbələr