AZ

Doqquzuncu sinif şagirdi atası ilə mübahisədən sonra intihar etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İmişli rayonunda məktəbli intihar edib.
"Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Aşağı Qaralar kəndində baş verib.
Belə ki, kənd sakini 2010-cu il təvəllüdlü Əliağa İsi oğlu Şahbazlı bibisinə məxsus evin həyətində özünü asıb.
Onun meyitini yaxınları aşkar ediblər.
Bildirilir ki, orta məktəbin 9-cu sinif şagirdi olan Əliağa hadisədən əvvəl atası ilə mübahisə edib. O, daha sonra bibisigilin həyətinə gedərək həyatına qəsd edib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
Seçilən
15
31
oxu.az

10Mənbələr