AZ

XİN: Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir

XİN:Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir.Bu barədə APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.O bildirib ki, Livanda ümumiyyətlə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı cüzidir: “Baş verən hadisələrdə yaralanan və ölənlər arasında azərbaycanlıların olub-olmaması barədə xəbər yoxdur”.Qeyd edək ki, sentyabrın 23-də İsrailin Ordusu paytaxt Beyrut daxil olmaqla Livana hava hücumları həyata keçirib. Nəticədə ölənlərin sayı 492-yə çatıb, azı 1645 nəfər xəsarət alıb.

Seçilən
5
37
yenisoz.az

10Mənbələr