AZ

Premyer Liqa: Mövsümün məhsuldarlıq rekordu qeydə alındı

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2024/2025 mövsümünün 7-ci turu məhsuldarlıq rekordu ilə yadda qalıb.

Arena.az xəbər verir ki, 7-ci turun oyunlarında qapılara 17 qol vurulub.

Peşəkar Futbol Liqasının yazdığına görə, orta məhsuldarlıq 3,40-a bərabər olub.

“Səbail” – “Sabah” qarşılaşmasında (2:4) daha çox – 6 top vurulub. “Qarabağ” – “Neftçi” oyununda (4:0) dörd, “Turan Tovuz” – “Araz-Naxçıvan” görüşündə (1:2) üç qol qeydə alınıb. “Kəpəz” – “Şamaxı” matçında (0:2) və “Sumqayıt” – “Zirə” oyununda (0:2) iki top vurulub.

Tur ərzindəki məhsuldarlıqda mövsümün yeni rekordu qeydə alınıb. Buna qədər ən çox top çempionatın 1-ci turuna təsadüf edib. Startda 5 görüşdə 16 qol vurulub.

Seçilən
7
21
arena.az

10Mənbələr