AZ

Narkotik alveri ilə məşğul olan qadına 5 il həbs cəzası verildi 

Bakıda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz satışında təqsirləndirilən Elvira Hüseynovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"Unikal"ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə qısa müşavirədən sonra hökmü elan edib.

Hökmə əsasən, Elvira Hüseynova 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elvira Hüseynova ötən ilin dekabrında Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O idarəyə dəvət ediləndən sonra üzərinə baxış keçirilərkən metamfetamin aşkarlanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü  (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli

Seçilən
6
46
unikal.az

10Mənbələr