AZ

 "Kurort" MMC ləğv edilməlidir

Azərbaycanda bir " Kurort" MMC var və onun da sədri Əbil Ağasiyevdir.  

Bu qurum ölkəmizdə  sanatoriyalara nəzarət edir. Etmir ey, əksinə onlara maneçilik yaradır. Əgər sanatoriyalar  müstəqil fəaliyyət göstərirsə, bəs onda bu qurumun fəaliyyətinə nə ehtiyac var. Üstəlik də Azərbaycan Həmkarlar İttifaqı Konfedarasiyası var. Hər şeyə həmkarlar  konfedarasiyası nəzarət edirsə, bəs onda " Kurort" MMC - min fəaliyyətunə  nə ehtiyac var?!

Bununla yanaşı, həmin qurumda çalışan və dövlətdən hər ay maaş alan çoxlu sayda işçiləri var. Müharibə şəraitində olan ölkəmizdə əlavə pullar niyə havayı yerə xərcləməlidir? Azərbaycan Həmkarlar İttifaqı Konfedarasiyasına yeni sədr seçilib. Artıq o da , islahatlara başlayıb.

" Bilgəh" və  " Günəşli"  sanatoriyaların baş həkimləri vəzifələrindən azad edilib. İndi növbə Əbil Ağasiyevə çatır.Ya onun rəhbərlik etdiyi qurum ləğv edilməli, ya da  o,  vəzifəsindən  azad edilməlidir. Yoxsa , həmin qurum sanatoriyalara mane olmaqda davam edəcək!

Emil Faiqoğlu    

Seçilən
2
adalet.az

1Mənbələr