AZ

İtaliyanın müdafiə naziri Azərbaycanda

BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İtaliyanın müdafiə naziri Quido Krosetto “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 24-də Bakıya gəlib.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.Xəbərdə bildirilir ki, “İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov və Nazirliyin digər rəhbər heyəti qarşılayıb. İtaliyalı qonaq Azərbaycanda səfərdə olduğu müddətdə Azərbaycan-İtaliya hərbi əməkdaşlığının yeni perspektivləri və digər məsələlərlə bağlı görüşlər keçirəcək”.

Seçilən
1
49
bayraqdar.info

10Mənbələr