AZ

“Qarabağ”ın pley-off ehtimalı – 47 faiz

Avropa Liqasının Liqa mərhələsinin bu həftə gerçəkləşəcək startı ərəfəsində komandaların şansları açıqlanıb. Beynəlxalq ekspertlər qrupu 36 iştirakçının 1/8 final və pley-offa vəsiqə ehtimallarını müəyyənləşdirib.

Azərbaycan çempionu “Qarabağ”ın birbaşa 1/8 finala yüksələcək 1-8-ci yerlərdən birini tutmaq ehtimalı çox aşağıdır – 13 faiz. Ağdam klubunun pley-off şansı daha yüksək hesab olunur. Premyer Liqanın çempionu 21 faiz 9-16-cı, 26 faiz 17-24-cü yerlərdən birini tutacaq. Bir sözlə, pley-off ehtimalı 47 faizə bərabərdir.

“Qarabağ”ın ilk 24 yerdən heç birini tutmamaq ehtimalı isə 40 faizlə dəyərləndirilir.

Bu, avrokubok mövsümünün bitmək təhlükəsinin nisbətən aşağı olması deməkdir. 1-8-ci yerlərə isə 9 real namizəd göstərilir. Bunlar “Roma”, “Tottenhem”, “Latsio”, “Portu”, “Ayntraxt”, “Reyncers”, “Ayaks”, “Sparta” və “Mançester Yunayted”dir.

Seçilən
4
4
futbolinfo.az

5Mənbələr