AZ

Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1400 hərbçisini itirib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1400 hərbçisini  itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 645 min 150 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 16 tank, 61 artilleriya sistemi və 40 zirehli döyüş maşınını məhv edib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
6
6
missiya.az

10Mənbələr