AZ

İsrail Livana hücum əmri verdi - Müharibə başlayır?

İsrailin müdafiə naziri Yoav Qalant ordunun bütün Livan ərazisinə zərbələr endirəcəyini açıqlayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hücum əməliyyatı çərçivəsində İsrail ordusu Hizbullahın hərbi infrastrukturuna, o cümlədən silah anbarlarına hücum etmək niyyətindədir.

 

"Yüksək rütbəli komanda heyəti və raket anbarları da daxil olmaqla Livan boyu Hizbullah hədəflərinə qarşı zərbələri genişləndiririk", - nazir sosial media hesabında yazıb.

 

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Herzi Halevi bildirib ki, İsrail ordusu sentyabrın 23-də “önləyici hücum əməliyyatı”na başlayıb, məqsədi Hizbullahın son 20 ildə tikilmiş hərbi infrastrukturuna hücum etməkdir.

 

İsrail ordusunun nin məlumatına görə, sentyabrın 23-də hərbçilər Livanda Hizbullahın 1100-dən çox obyektinə hücum edib.

 

Benyamin Netanyahu videomüraciətində bildirib ki, uzun müddət Hizbullah mülki şəxslərdən qalxan kimi istifadə edib, evlərə və zirzəmilərə raketlər yerləşdirib.

 

“Bu raketlər birbaşa şəhərlərimizə, vətəndaşlarımıza yönəlib. Xalqımızı Hizbullah hücumlarından qorumaq üçün bu silahları məhv etməliyik. Bu səhərdən etibarən İsrail ordusu sizi təhlükə zonasını tərk etməyiniz barədə xəbərdar edir. Sizi bu xəbərdarlığı ciddi qəbul etməyə çağırıram”, - baş nazir özünün Telegram kanalında yayımlanan videoda bildirib.

 

N12 telekanalının məlumatına görə, sentyabrın 23-də İsrail hökuməti 48 saatlıq “xüsusi vəziyyət”in tətbiqinə qərar verib. 

Seçilən
8
18
modern.az

10Mənbələr