AZ

İranda sənaye şəhərində güclü partlayış baş verib - VİDEO

İranda Gərmsar sənaye şəhərində güclü partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Gərmsar Qızıl Aypara Cəmiyyətinin sədri Həmid Məcidi IRNA-ya məlumat verib.

Onun sözlərinə görə, hadisə yerinə Qızıl Aypara, Fövqəladə Hallar və Yanğından Mühafizə İdarəsinin əməliyyat qrupları göndərilib.

Sədr indiyədək ard-arda 3 partlayışın baş verdiyini vurğulayıb: “Yanğının sahəsi böyükdür. Növbəti partlayışların baş vermə ehtimalı yüksəkdir”.

Seçilən
99
50
apa.az

10Mənbələr