AZ

ÜST: "30 min meymunçiçəyi qeydə alıdı"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il Afrikada 30 min şübhəli meymun çiçəyi virusu hadisəsinin görüldüyünü, bunların əksəriyyətinin testlərin tükəndiyi Konqo Demokratik Respublikasında olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, qitədə 800-dən çox insan M-pox virusu şübhəsi nəticəsində dünyasını dəyişib.

Bu ilin yanvarından 15 sentyabrına qədər Afrikada 29 min 342 şübhəli meymun çiçəyi virusu hadisəsi və 812 ölüm hadisəsinin görüldüyünü bildirən ÜST, avqust ayında dünya üzrə cəmi 2 min 82 meymun çiçəyi virusu hadisəsinin təsdiqləndiyini, 2022-ci ilin noyabr ayından bu yana bu rəqəmin artacağını deyib.

Bildirək ki, bu, ən yüksək səviyyə olub.

Günel Məlikzadə


Seçilən
28
17
news24.az

10Mənbələr