AZ

Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi - VİDEO, FOTO

Lider mobil operator “Uğur qızlarımızındır” adlı sosial layihəyə start verib.

Dilarə Hüseynova qızlara təhsil müddəti ərzində “Azercell”də təcrübə keçmək imkanı verildiyini diqqətə çatdırıb: “Şirkətimiz İT və İKT üzrə ixtisaslaşmış gənclərin inkişafı üçün geniş imkanlar yaradır. Bu sahədə çalışan qadın əməkdaşlarımızın bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət ayrılır. Məqsədimiz sizin kimi istedadlı gənclərin peşəkar kadr kimi formalaşmasını təmin etməkdir”.

Görüş çərçivəsində tələbələrə dəyərli hədiyyələr və “SuperSən 10GB” tarif paketinə 6 aylıq abunəlik təqdim edilib.

Seçilən
9
1
mia.az

10Mənbələr