AZ

ABŞ-dan Türkiyəyə sürpriz S-400 təklifi: “Bizə verin, əvəzində...”

ABŞ Rusiyadan alınmış S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı Türkiyəyə yeni təklif verib.

Olaylar bildirir ki, bu barədə Yunanıstanın "Kathimerini" qəzeti mənbələrə istinadla yazıb.

İddiaya görə, ABŞ rəsmiləri F-35 qırıcılarının Türkiyəyə satışının qarşısındakı maneəni aradan qaldırmaq üçün Rusiya sistemlərinin "yumşaq" bir şəkildə deaktivləşdirilməsini təklif ediblər. Məqalədə qeyd olunur ki, bu çərçivədə ABŞ rəsmiləri S-400-lərin Türkiyənin cənubundakı İncirlik bazasında yerləşdirilməsinə dair təklif irəli sürüb: "Bununla raketlər həm Türkiyədə qalacaq, həm də Rusiya ilə razılaşma pozulmadan qalacaq".

Yunan nəşri iddia edir ki, Türkiyənin F-35 proqramına yenidən qayıtması üçün ya S-400-lərin ABŞ-a təhvil verilməsi, ya da Amerikanın nəzarətindəki İncirlik bazasında yerləşdirilməsi şərt kimi irəli sürülüb.

"Kathimerini"nin yazdığına görə, Türkiyənin ABŞ-a cavabı müsbət deyil.

Pentaqonun keçmiş rəsmisi Maykl Rubin söyləyib ki, Ankara bundan imtina edərək, sistemləri Türkiyə daxilində qutularda saxlayacaqlarını bildirib: "Amma anlaşma ehtimalı tam aradan qalxmayıb". (teleqraf.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
23
olaylar.az

10Mənbələr