AZ

ABŞ-la Türkiyə S-400 məsələsində razılaşır? - AÇIQLAMA

Yunan mediasında ABŞ-nin F-35-lərlə bağlı Türkiyəyə şərtlər irəli sürdüyü qeyd olunub. İddiaya görə, rəsmi Vaşinqton Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sistemlərinin İncirlik hərbi bazasına veriləcəyi təqdirdə, Türkiyə yenidən F-35 proqramına daxil ediləcək. Yunanıstanın “Kathimerini” qəzetində yer alan informasiya ilə bağlı nə Türkiyə, nə də ABŞ rəsmi açıqlama verib. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki, F-35-lə bağlı məsələ kritik olaraq qalır:

 

"Türkiyə ilə ABŞ arasında F-35 məsələsi uzun müddətdir ki, həllini gözləyən kritik bir mövzudur. Buna səbəb isə Rusiyanın S-400 Hava Hücumundan Müdafiə sistemlərini Türkiyəyə verməsidir. Türkiyə bu məsələdə 100 faiz haqlı olsa da, ABŞ lazımsız bəhanələrlə ölkəmizi F-35 proqramından çıxarıb və Türkiyənin əməklərini heçə sayıb. Hələ də Türkiyənin verdiyi pullar geri qaytarılmır. Türkiyə həmişə olduğu kimi həll yollarını ABŞ-yə təqdim edib. Lakin bu günə qədər məsələnin həllinə nail oluna bilməyib. Türkiyə və ABŞ-ninortaq S-400 məsələsinə həll yolları axtarmasını yaxından müşahidə edirik. Belə bir vaxtda Yunanıstan mediasında belə bir xəbər çıxıb ki, ABŞ yay aylarında Türkiyənin rus istehsalı S-400 hava hücumundan müdafiə sistemini satın alması ilə əlaqədar problemin həllinə dair ətraflı bir təklif irəli sürüb. Təkliflə sözügedən silahın Türkiyədə qalmasına icazə veriləcək, amma nəzarət ABŞ-yə təhvil veriləcək. Bu məlumatların doğruluğu təsdiq olunmadığı kimi nə Türkiyə, nə də ABŞ rəsmirləri indiyə qədər rəsmi açıqlama verməyib". 

İ.Muğlu problemin həll olunmasının onun havada qalmasından yaxşı olduğunu söyləyib:

 

"Mənə görə məsələnin həlli daha yaxşıdır. ABŞ F-35-ləri Türkiyəyə təhvil verərsə, S-400 hava hücumundan müdafiə sistemlərinin İncirlik hərbi bazasında qurulması problem yaratmayacaq. Lakin, şübhəsiz ki, Türkiyə bir çox şərt irəli sürəcək. Məncə, bu şərtlərdən ən vacibi S-400-ün istifadəsi, baxım və idarə mexanizması Türk Silahlı Qüvvələrinə verilməlidir olacaq".

Seçilən
7
23
modern.az

10Mənbələr