AZ

Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi (FOTO/VİDEO)

Bakı. Trend:

Sentyabr ayının 20-də 2023-2024-cü tədris ili üçün İnformasiyaTexnologiyaları ixtisasları üzrə ən yüksək bal toplayaraq tələbəadını qazanmış qızlar Azercell-in qonağı oldular. Görüş “AzercellTelekom” MMC-nin Hüquq, Etika və Komplayens üzrə baş direktoruŞirin Əliyevanın, İnsan Kapitalının İdarə Edilməsi departamentinindirektoru Dilarə Hüseynovanın və Korporativ Ünsiyyətdepartamentinin direktoru Sona Abbasovanın iştirakı ilə baştutdu.

“Şirkətimiz qadınların ictimai həyatda fəallığının artırılmasınayönəlik bir sıra sosial təşəbbüslər həyata keçirir. Gənclərimizarasında sizin kimi savadlı, istedadlı, yüksək akademik nəticələrnümayiş etdirən qızlarımızın yer alması bizdə böyük qürur və sevinchissi yaradır. Seçdiyiniz ixtisas cəsarət və uzaqgörənlik tələbedir. Ölkəmizdə yeni nəsil İT/İKT mütəxəssislərininyetişdirilməsinə və peşəkar inkişafına töhfə verməyə sadiq birşirkət olaraq sizə bu yolda daima dəstək göstərməyə hazırıq.İnanıram ki, məhz sizin kimi yenilikçi təfəkkürə sahib olanqızlarımız sayəsində innovativ və inklüziv cəmiyyətin qurulmasıüçün zəmin yarada biləcəyik”,- deyə tələbələri təbrik edən ŞirinƏliyeva bildirdi.

Qızlara təhsil müddəti ərzində Azercell-də təcrübə keçmək imkanıverildiyini bildirən Dilarə Hüseynova qeyd etdi: “Şirkətimiz İT vəİKT üzrə ixtisaslaşmış gənclərin inkişafı üçün geniş imkanlaryaradır. Bu sahədə çalışan qadın əməkdaşlarımızın bilik vəbacarıqlarının artırılmasına xüsusi diqqət ayrılır. Məqsədimizsizin kimi istedadlı gənclərin peşəkar kadr kimi formalaşmasınıtəmin etməkdir”.

Sona Abbasova isə öz növbəsində tələbələrə şirkətin korporativməsuliyyət strategiyası haqda məlumat verdi, xüsusilə də qadınlarıngücləndirilməsi və inkişafı istiqamətində görülən işlər haqqındadanışdı.

Görüş çərçivəsində tələbələrə dəyərli hədiyyələr və “SuperSən10GB” tarif paketinə 6 aylıq abunəlik təqdim edildi.

“Azercell Telekom” MMC bu il tələbə adını qazanmış bütünabituriyentləri təbrik edir, onlara daha da böyük uğur vənailiyyətlər arzulayır!

Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçimininnəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahanMərkəzi tərəfindən təqdim edilmişdir.

Azercell
Azercell
Seçilən
8
20
az.trend.az

10Mənbələr