AZ

Türkiyə mətbuatı:23 sentyabr 2024

''Star'': Rəcəb Tayyib Ərdoğan ABŞ-dakı qlobal sistemlərə reaksiya verdi

ABŞ-da keçirilən Türk-Amerika Milli İdarəetmə Komitəsinin (TASC) toplantısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib: ''Qlobal qurumlar və təşkilatlar Qəzzada zülmün dayandırılması və İsrailin qətliamının qarşısının alınması üçün heç bir təsirli addım atmadı''.

''Sabah'': Fidan: Beynəlxalq məlumatlılığın artırılması üçün əlimizdən gələni edirik

Türkiyənin xarici İşlər Naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza üzrə yaratdığı Təman Qrupunun toplantısında deyib: "Fələstinli mülki şəxslərə qarşı davam edən hücumlarla bağlı beynəlxalq məlumatlılığın artırılması üçün əlimizdən gələni edirik" 

''Hürriyet'': Qara bölgəsində 2 terrorçu zərərsizləşdirilib

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Qara bölgəsində aşkar edilən 2 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

''Vatan'': Mehmet Şimşək: ''Türkiyəyə maraq artmaqda davam edir''

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək Almaniyanın ən böyük şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlə bağlı paylaşım edən Mehmet Şimşək deyib:"Türkiyəyə maraq artmağa davam edir".

Haber Türk: Türkiyə Respublikası Mərkəzi Bankının sədri Fatih Karahan Hollandiya Mərkəzi Bankının sədri Klaas Knot ilə görüşüb

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sədri Fatih Karahan Hollandiya Mərkəzi Bankının (DNB) sədri Klaas Knot ilə görüşüb. Fatih Karahan və Klaas Knot görüşdə pul siyasəti və iqtisadi baxışla bağlı təqdimatla çıxış ediblər.



Seçilən
0
trt.net.tr

1Mənbələr