Türkiyənin Nevşehir vilayətində mikroavtobusun aşması nəticəsində 15-i xarici turist olmaqla 18 nəfər xəsarət alıb.
Modern.az bu barədə "Sabah" qəzetinə istinadən xəbər verir.
Rusiyanın Ankaradakı səfirliyindən bildiriblər ki, yaralılar arasında 9 Rusiya vətəndaşı var.
Səfirliyin məlumatına görə, turistlərin olduğu mikroavtobus Kapadokyadan Antalyaya gedirmiş.
Qəzet qəzaya sürücünün idarəetməni itməsinin səbəb olduğunu bildirib.