Hətta iddia olunur ki, həmin evlərin aylıq qiyməti 5 min manat civarındadır.
Bu, nə dərəcədə doğrudur? Oradakı fərdi evlər kirayə verilə bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Aqil Abbas deyib ki, evlərin kirayə verilməsində pis bir iş yoxdur:
“Qarabağ turistik yerdir, evlərin qiyməti 100-150 manat aralığında dəyişir. Biz də ailəmlə birlikdə Laçında yerləşən evlərdən birində gecəsi 100 manata qaldıq. Bilirsiniz, evi olan o yolla pul qazanır. Burada nə var ki? Bakıda, Sumqayıtda evi kirayə vermək olar, Qarabağda yox?”
A.Abbas bu məsələnin hansı səbəbdən insanlarda narazılıq yaratdığını anlamadığını qeyd edib:
“Niyə belə olduğunu anlamıram, amma bildiyim odur ki, evi kirayə vermək adi haldır. Düşünün, Şuşaya gündə 7 min adam gedir. Qonaq evləri bahadır deyə, münasib qiymətə kirayə evlərdə qalırlar. Açığı, Laçında otel xoşumuza gəlmədi, biz də otelin yanında 4 otaqlı ev tapdıq. Özü də ev sahibi olan xanım şəhid ailəsi idi. Burada ayıb və ya günah olan nəsə görmürəm. İnsanlar pul qazanır”.
Ətraflı videoda:
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Mənbələr
-
nocomment.az“Laçında gecəsi 100 manata kirayədə qaldıq, ev sahibi isə..” – Aqil Abbas ( 11229088)
-
senzor.azLaçında gecəsi 100 manata kirayədə qaldıq, burada pis nə var ki?! ( 11228575)
-
referans.az“Laçında gecəsi 100 manata kirayədə qaldıq, ev sahibi isə...” - Aqil Abbas ( 11225596)
-
demokrat.az“Laçında gecəsi 100 manata kirayədə qaldıq, ev sahibi isə..” — VİDEO ( 11224960)
-
yenisabah.az“Laçında gecəsi 100 manata kirayədə qaldıq, ev sahibi isə...” - Aqil Abbas ( 11224921)
-
turanpress.com“Laçında gecəsi 100 manata kirayədə qaldıq, ev sahibi isə..” – Aqil Abbas ( 11217973)
-
bizimshow.az“Laçında gecəsi 100 manata kirayədə qaldıq, ev sahibi isə..” – Aqil Abbas ( 11217925)
-
qlobal.net“Laçında gecəsi 100 manata kirayədə qaldıq, ev sahibi isə..” – Aqil Abbas ( 11216935)
-
pravda.az“Laçında gecəsi 100 manata kirayədə qaldıq, ev sahibi isə..” – Aqil Abbas ( 11216809)
-
azia.az"...Sumqayıtda evi kirayə vermək olar, Qarabağda yox?" -Aqil Abbas Laçındakı kirayə evlərlə bağlı yazılanlara münasibət bildirib ( 11216791)