AZ

Payızda parklarda gizlənən TƏHLÜKƏ

Payız fəslində parklarında gəzmək bəzi insanlar üçün təhlükəli ola bilər.

Zaman keçdikcə ağaclardan düşən yarpaqlarda kif sporları əmələ gəlir ki, bu da ciddi allergiyaya səbəb ola bilər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə immunoloq Vladimir Bolibok xəbərdarlıq edib.

“Moskva 24” telekanalı ilə söhbətində mütəxəssis deyib ki, tökülən yarpaqların parçalanması  prosesində onların üzərində sporların küləklə daşındığı kif göbələkləri də böyüyür:

Buna görə bəzi insanlar allergik konjonktivit, rinit və hətta bronxial astma ilə qarşılaşa bilərlər”. 

Onun sözlərinə görə, xüsusi testlərdən istifadə edərək kif göbələklərinə qarşı allergiyaya meyilin olub-olmadığını öyrənə bilərsiniz:

Test allergiyaya meyili təsdiqləyirsə, payızda parklara və meşələrə səfər edərkən parça və ya birdəfəlik maska taxmaq daha yaxşıdır. Sporlar tənəffüs yollarına daxil olmayacaq və insanda heç bir allergik reaksiya olmayacaq”.

Seçilən
19
cebheinfo.az

1Mənbələr