Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən 22 sentyabr 2024-cü iltarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi(mühasibat uçotu üzrә) keçirilib.
Trend xəbər verirki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda və Naxçıvanşəhərlərində ümumilikdə 7 binada təşkil olunub. İmtahanınkeçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 18 imtahan rəhbəri, 133nəzarətçi cəlb olunub.
İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərininqiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 testtapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahandamaksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla,2-si 10 balla qiymətləndirilir.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqlarınyoxlanılması ilə əlaqədar yaxın 5 həftə ərzində elan olunacaq.
Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə)oktyabrın 20-də keçiriləcək və imtahanda iştirak etmək üçünqeydiyyat oktyabrın 10-u saat 12:00-dək davam edəcək.