AZ

Yazıçı Anar və Rəşad Məcid Elza Seyidcahana XƏBƏRDARLIQ ETDİLƏR - FOTO


Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və sədr müavini Rəşad Məcid Əməkdar artist Elza Seyidcahanla görüşüblər.

Musavat.com xəbər verir ki, bu barədə foto və mətn yayılıb.

Mətndə bildirilir ki, Elza Seyidcahanın bu yaxınlarda efirdə səsləndirdiyi şeirləri "söz oyunlarının yaratdığı assosiasiya, dolayısıyla, vulqarizm elementləri təsiri bağışlayıb, bu səbəbdən ictimai hiddət və narazılıqla qarşılanıb".

Azərbaycan Yazıçılar Birliyinin Katibliyi bütün bunları Elza Seyidcahanın nəzərinə çatdıraraq onu belə çıxışlardan, leksikonunda mənfi təəssürat oyadan kəlmə və ifadələrə yer verməkdən çəkinməyə çağırıb.

Üzvü olduğu təşkilatın ictimai-ədəbi nüfuzuna xələl gətirdiyinə görə AYB Katibliyi tərəfindən qurumun üzvü Elza Seyidcahana xəbərdarlıq edilib.


Seçilən
25
46
nuh.az

10Mənbələr