AZ

Qəzaya düşən müğənninin vəziyyəti AĞIRDIR - FOTO

Xəbər verdiyimiz kimi, müğənni, Vətən müharibəsi qazisi Taleh Məmmədov ağır qəzaya düşüb. Ağır kəllə-beyin travması və müxtəlif nahiyələrin çoxsaylı sınığı diaqnozu qoyulan gənc ifaçı hələ də reanimasiyadadır. Onun təcili olaraq üz, çənə və kəllə hissəsində əməliyyatların keçirilməsi bildirilsə də, həkimlər bir qədər gözləmə mövqeyi seçməyi məsləhət biliblər. 

Bizim.Media titul.az-a istinadən xəbər verir ki, bunu Talehin vəziyyətinin belə ağır əməliyyatları icra etmək üçün əl verməməsi ilə əlaqələndirirlər. Əməliyyatı indiki vəziyyətdə mütəxəssislər risk adlandırır.

Qeyd edək ki, hadisə Sədərək Ticarət Mərkəzinin yaxınlığında baş verib. İfaçı dostunun idarə etdiyi avtomobildə olub.

Maşın TIR-la toqquşub. T. Məmmədov dərhal 1 saylı şəhər xəstəxanasına ("Semaşko") yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
7
bizim.media

8Mənbələr