Bakı. Trend:
Sentyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğundainzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB vəAC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirir.
DİM-dən Trend-ə bildirilib ki, Bakı və Naxçıvan şəhərlərindətəşkil olunan imtahan və kompüterlər vasitəsilə keçirilir. İmtahanvermək üçün 132 nəfər qeydiyyatdan keçib.
İmtahan saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələnnamizədlər imtahana buraxılmırlar. Buraxılış vərəqəsində imtahanınyeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlargöstərilib.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini vəimtahana buraxılış vərəqəsini gətirməlidirlər.