AZ

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin 9-cu turdakı nəticələri

style='margin-bottom:10px;'>

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümümdünya Şahmat Olimpiadasında 9-cu tur başa çatıb. 

QOL.az xəbər verir ki, kişilərdən ibarət komandamız bu tur Yunanıstanla bərabərə qalıb.

Aydın Süleymanlı məğlub olduğu halda Rauf Məmmədov qələbə qazanıb. Şəhriyar Məmmədyarovla Məhəmməd Muradlı partiyanı heç-heçə başa vurub. 

Qadınlardan ibarət millimiz isə İsveçrəni məğlub edib 4-0. Şahmatçılarımız bütün lövhələrdə qələbə qazanıblar.

Qeyd edək ki, olimpiadanın 9-cu turunda ilk gedişi ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
6
teleqraf.com

10Mənbələr