AZ

Şuşada ağır yol qəzası baş verib

Şuşada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xəzərnews.az xəbər verir ki, mikroavtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən doqquzu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 4 dəfə oxunub.
Seçilən
35
xezernews.az

1Mənbələr