AZ

İstanbul derbisində “Qalatasaray”dan inamlı qələbə

Türkiyə Super Liqasının VI turu çərçivəsində İstanbul derbisi maraqlı anlara səhnə olub.
“Fənərbaxça” öz meydanında əzəli rəqibi “Qalatasaray”la qarşılaşıb və oyun qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda ilk qol 20-ci dəqiqədə Livakoviçin avtoqolu nəticəsində vurulub. Ardınca, 28-ci dəqiqədə Mertens hesabı 2:0 edib. “Qalatasaray”ın üçüncü qolu 60-cı dəqiqədə Qabriel Sara tərəfindən vurulub. “Fənərbaxça” isə yalnız 63-cü dəqiqədə Edin Dzekonun penaltidən vurduğu qolla hesabı dəyişdirə bilib.
Bu xəbəri “Bizimshow.az” təqdim edir.

Seçilən
20
bizimshow.az

1Mənbələr