Bakı. Trend:
Qazaxıstanın Atırau şəhərində sərbəst və yunan-Roma güləşi üzrə“Oil Capital Cup” turniri keçirilib.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda ölkəmiziməşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 3 sərbəst güləşçi təmsiledib. Onların hamısı fəxri kürsüyə qalxıb. Kənan Heybətov (70kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olub. ƏşrəfAşırov (79 kiloqram) gümüş, Musa Ağayev (65 kiloqram) isə bürüncmedal qazanıb.
Beləliklə, komandamız turniri 1 dəst medalla başa vurub.