AZ

Gəlin maşını qəzaya düşdü – Ölən və yaralananlar var

Naxçıvanda ağır yol qəzası olub.
 Tribunainfo.az Nuhçıxan-a istinadən xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 dövlət nömrə nişanlı “Ford” markalı avtomobil 74-BC-207 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşınla toqquşub.
Qəza nəticəsində “VAZ-2106”-nın sürücüsü Məmmədov Təbriz Fəxrəddin oğlu hadisə yerində ölüb. Avtomobildəki sərnişin Əsgərli Təbriz Yadulla oğlu ağır xəsarət alıb.
Qəza zamanı həmçinin digər avtomobilin sürücüsü, Rəsulov Fərid Emin oğlu, sərnişinlər – Tağıyev Elvin Zeynalabdin oğlu və Qulubəyli Tayfun Amin oğlu ciddi xəsarət alıb.
Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Qeyd edək ki, hadisə Fərid Rəsulovun toyu zamanı baş verib.

Gəlin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
49
tribunainfo.az

10Mənbələr