AZ

Şimali Koreyaya “qeyri-qanuni” daxil olan ABŞ əsgəri ordudan qovulub

Bildirilib ki, Cənubi Koreyadan Şimali Koreyaya “qanunsuz” keçən amerikalı əsgər Trevis Kinq “fərarilik”də günahlandırılaraq ordudan qovulub. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, CNN-in verdiyi məlumata görə, 18 iyul 2023-cü ildə Şimali Koreyaya qeyri-qanuni yollarla daxil olan 24 yaşlı əsgər Travis King Texasdakı Fort Bliss hərbi məhkəməsinə gətirilib. Məhkəmədə "hərbi xidmətdən fərarilik, hücum və əmrə tabe olmama" cinayətlərini etiraf edən Kinq 1 il həbs cəzası alıb və ordudan qovulub. Kinqin məhkəmədə "işindən razı olmadığı" üçün Şimali Koreyaya qaçdığını və "Amerika ordusunu tərk etmək və bir daha geri qayıtmaq istəmədim" dediyi qeyd edilib. Məhkəməni gözləyərkən həbsdə qaldığı müddətdən cəzası kəsilən Kinqin vəkili Frank Rosenblatt: "Travis yaxşı davranış endirimi aldı və indi sərbəst evə dönəcək", - deyib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənubi Koreyadakı Komandanlığı 2023-cü il iyulun 18-də ABŞ mülki vətəndaşının Şimali Koreya sərhədini “icazəsiz və könüllü” keçdiyini açıqlayıb. Daha sonra ortaya çıxan təfərrüatlarda 23 yaşlı Travis Kingin əsgər olduğu və Cənubi Koreyada gecə klubunda mülki vətəndaşı vuraraq polis maşınına təpik vurduğu üçün 2 aya yaxın həbs cəzası aldığı qeyd edilib. Kinqin 10 iyul 2023-cü ildə azadlığa buraxılması və intizam tədbiri görülməsi üçün ABŞ-ın Texas ştatındakı Fort Bliss Hərbi Bazasına geri göndərilməsinin istəndiyi bildirilib. Hərbçilərin müşayiəti ilə olduğu hava limanında pasportunu itirdiyi səbəbi ilə təyyarənin qapısından qayıdan Kinqin daha sonra hava limanından ayrılaraq Şimali və Cənubi Koreya arasında Hərbisizləşdirilmiş Zona (DMZ) olan Panmunjom sərhəd kəndində turistlər üçün faktiki olaraq təşkil edilən tura qatıldığı bildirilib. BMT-nin Cənubi Koreyadakı Komandanlığı ABŞ əsgərinin harada olduğu ilə bağlı Şimali Koreyadan məlumat tələb etdiyini və ilk cavab olaraq Kinqin saxlanıldığını açıqlamışdı. Şimali Koreyadan deportasiya edilən Kinq 28 sentyabr 2023-cü ildə ABŞ-a qayıdıb. Qadir, Bizimyol.info

Seçilən
18
45
bizimyol.info

10Mənbələr