AZ

Konstitusiya Məhkəməsinin parlament seçkilərinin nəticələrinin təsdiqlənməsi ilə bağlı iclası keçirilir

Bakı. Trend:

2024-cü il sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərləəlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinətəqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarınıntəsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə KonstitusiyaMəhkəməsi Plenumunun iclası keçirilir.

Trend-in məlumatına görə, KonstitusiyaMəhkəməsinin sədri Fərhad Abdullayev iclası açıq elan edib. Məhkəməheyəti və katibi təqdim edildikdən sonra iclasda məruzəçi hakiminseçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədəməlumatı dinlənilir.

İclasın yekununda Milli Məclisə keçirilən seçkilərin nəticələritəsdiq ediləcək.

Qeyd edək ki, sentyabrın 16-da MSK sentyabrın 1-də keçirilmişMilli Məclisə seçkilərə yekun vurub və seçkilərin yekunlarının vənəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri KonstitusiyaMəhkəməsinə təqdim edib.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənarparlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxusiyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalqmüşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfərsiyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindənnamizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasipartiya mənsubiyyəti var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
12
az.trend.az

10Mənbələr