AZ

Ukraynalı futbolçu “Yuventus” və “Milan”dan təklif alıb

“Şaxtyor”un futbolçusu Georgi Sudakov açıqlama verib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi yayda “Yuventus” və “Milan”dan təklif aldığını təsdiqləyib:

“Düzdür, bu klublardan rəsmi təklif gəlmişdi. Ancaq “Şaxtyor” onları rədd etdi. Əsas olan xarakter göstərmək və çox çalışmaqdır. Bunlar qaydasında olsa, hədəfinizə doğru irəliləyəcəksiniz”.

Sudakovun “transfermarkt”da dəyəri 35 milyon avrodur. Ukraynalı futbolçu bu mövsüm 5 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
futbolpress.az

2Mənbələr