AZ

BİZİM TƏQVİM: 21 sentyabrda baş vermiş tarixi hadisələr

1981-ci ilin 21 sentyabrında BMT Beynəlxalq Sülh Gününün təsis olunması ilə bağlı qərar qəbul edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. Həmin vaxtdan Beynəlxalq Sülh Günü hər il sentyabrın üçüncü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2002-ci ildə BMT sentyabrın 21-ni bu gün üçün dəqiq tarix olaraq müəyyənləşdirib. Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı baş qərargahının həyətindəki “Sülh zəngi”nin çalınması ilə başlayır.  

Bəs, sentyabrın 21-də dünyada daha hansı hadisələr baş verib? 

1. 21 sentyabr 1380-ci ildə Kulikovo döyüşü başa çatıb. 

2. 21 sentyabr 1529-cu ildə Sultan Süleyman Qanuni Vyananı mühasirəyə alıb.

3. 21 sentyabr 1792-ci ildə Fransada Qanunverici Məclis kral hakimiyyətini ləğv edib. 

4. 1858-ci ilin bu günündə Hindistanda Babur İmperiyası süquta uğrayıb. 

5. 21 sentyabr 1924-cü ildə Bakıda I Ümumazərbaycan diyarşünaslıq qurultayı keçirilib. 

6. 1949-cu ilin bu günündə Mao Tsedun Çin Xalq Respublikasının yarandığını elan edib. 

7. 21 sentyabr 1964-ci ildə Malta İngiltərədən müstəqilliyini əldə edib. 

8. 1978-ci ilin bu günündə İsraillə sülh sazişinə görə Suriya, Əlcəzair, Liviya və Fələstin Azadlıq Təşkilatı Misirlə əlaqələrini kəsib. 

9. 21 sentyabr 1981-ci ildə ABŞ Senatı ölkə tarixində ilk dəfə olaraq, bir qadını - Sandra Dey Okonnoru Ali Məhkəmənin sədri vəzifəsinə təsdiq edib. 

10. 21 sentyabr 2004-cü ildə Bakıda "Yoxsulluğun aradan qaldırılması üzrə strategiya haqqında" beynəlxalq konfrans öz işinə başlayıb. 

Sentyabrın 21-də bu tarixi şəxsiyyətlər xatırlanır: 

1. 21 sentyabr 1865-ci ildə milli teatrımızın ilk peşəkar aktyorlarından biri, rejissor, teatr təşkilatçısı Cahangir Zeynalov (1865-22.10.1918) anadan olub. XX əsrin əvvəllərində “Nicat”, “Səfa” və “Nəşri-maarif” mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında aktyorluq edib, tamaşalara quruluş verib. 

2. 21 sentyabr 1938-ci ildə şair, yazıçı Nurəngiz Gün (Quliyeva; 1938-2014) anadan olub.  Azərbaycan Televiziyasının diktoru olub. “Var olun, qızlar...” filmində çəkilib. 

3. 21 sentyabr 1959-cu ildə filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Nizami Cəfərov anadan olub. 2001-ci ildən Azərbaycanda Atatürk Mərkəzinin müdiridir. Milli Məclisin deputatıdır. 

4. 21 sentyabr 1982-ci ildə Əməkdar artist Hacıməmməd Qafqazlı (Quliyev; 1898-1982) vəfat edib. Lənkəranda anadan olub. Akademik DramTeatrında çalışıb. “Qızmar günəş altında”, “Yeddi oğul istərəm” və s. filmlərdə çəkilib.

Surxay Atakişiyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
bizim.media

1Mənbələr