AZ

Azərbaycan güləşçiləri Tümendə beynəlxalq turnirdə iştirak edəcək

Sentyabrın 24-dən 25-dək Rusiyanın Tümen şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək.

Azərbayca Güləş Federasiyasından "Respublika"ya verilən məlumata görə, Dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil ediləcək yarışda Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları iştirak edəcək.

Ənənəvi turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli, Fərid Baxışlı (hər ikisi 63 kq), Ülvü Qənizadə, Faiq Səfərli (hər ikisi 72 kq) və Qurban Qurbanov (82 kq) təmsil edəcək. Komandamız sabah Rusiyaya yollanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
10
respublika-news.az

10Mənbələr