AZ

Zelenski Umerov və Budanovu vəzifədən azad edəcək

Ukraynanın müdafiə naziri Rustem Umerov və Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov tutduqları vəzifələrdən azad oluna bilər,

Bizimxeber.az bildirir ki, bu barədə Ukraynanın STRANA.ua nəşri xəbər verib. 

Nəşrin mənbələri onu da bildiriblər ki, müdafiə naziri Budanovun iki müavinini onun razılığı olmadan işdən çıxarıb. 

“Budanovla prezident aparatının rəhbəri Andrey Ermak arasında ciddi gərginlik var. Budanov Zelenskinin yaxın çevrəsində Yermaka alternativ qalan azsaylı nüfuzlu şəxslərdən biridir”, – mənbə deyib.

Məlumata görə, Budanovun yerinə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko keçə bilər, Umerov isə “Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin oluna bilər”. “Umerovun yerini kimin tutacağı sualı açıq qalır”, - nəşrə bildirilib.

Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Vasili Prozorov iddia edir ki, Kirill Budanov Kursk vilayətinin işğalına hazırlıqdan uzaqlaşdırılıb .

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
8
bizimxeber.az

10Mənbələr