AZ

24 sığorta agenti barədəQƏRAR

Azərbaycan Mərkəzi Bankı (AMB) 3 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.

Redaktor.az AMB-yə istinadla xəbər verir ki, AMB həmçinin 19 fiziki şəxsə və 2 hüquqi şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini bərpa edib.

Lisenziyaların ləğvi barədə qərar avqustun 21-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciətlər əsasında, lisenziyaların qüvvəsinin bərpası barədə qərar isə sentyabrın 18-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması ilə əlaqədar qəbul olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
5
redaktor.az

10Mənbələr