AZ

“Naxçıvanda hər bir ailəyə daxil olan vəsaitin həcmi araşdırılır...” - NƏ BAŞ VERİR?

Naxçıvan MR sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Adının bəzi səbəblərdən açıqlanmasını istəməyən şikayətçinin iddiasına görə, Təhsil şöbəsinin müdiri direktorlara tapşırıq verib ki, hər bir ailəyə aylıq daxil olan pulun miqdarı hessablanıb, nazirliyə bildirilsin:“Naxçıvan Təhsil şöbəsinin müdiri direktorlara tapşırıq verib ki, aylıq evə girən pulların miqdarı hesablanıb, nazirliyə bildirilsin. Etmək istədikləri işdən qorxurlar. Cürət edib həyata keçirə bilmirlər. Qulaqlarına çatıb ki, əgər belə bir şey olsa, millət ayaqlanacaq və heç kim uşağını məkətəbə qoymayacaq.Qeyd edim ki, ən çox hədəf obyekti hərbçi ailələridir. Tapşırıq veriblər ki, onların əmək haqqını dəqiq öyrənin. Çünki bəzi hərbi hissələrdə hərbçilər çox maaş alır. Deyirlər ki, onların ailələrindən maaş kəsə bilərik. Düşünmürlər ki, çox maaş alan hərbi hissənin hərbçiləri ön xətt hərbçiləridir. Bütün günü dağda-daşda olurlar.Mən ayda 5 dəfə maşınla posta qalxıram, hər dəfə 60 manat xərcləyirəm. Bu da 300 manatdan çox edir.Artıq Təhsil naziri də hədə-qorxulara keçib. Müəllimlərə məlumat veriblər ki, əgər baş qaldırsanız, sizin evinizdə işləyənlərin hamısını rədd edərik, acından ölərsiz.Bu qədər alçaqlığa əl atırlar. Etmək istədikləri 1-3 və 2-4 sinfi birləşdirmək, insanları işsiz qoymaqdır. Əsas da odur ki, uşaqların gələcəyini məhv edirlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
dia-az.info

2Mənbələr