AZ

Cənubi Koreya Polşadan kamikadze dron alacaq

Cənubi Koreya Polşadan kamikadze dron almağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Nəşrin məlumatına görə, Polşanın WB şirkətinin Ukraynada istifadə edilən Warmate dronları artıq Koreya ordusunda da xidmətə girməlidir.

2-6 oktyabr tarixləri arasında keçiriləcək Koreya Ordusu Beynəlxalq Müdafiə Sərgisi-Kadex 2024 yarmarkası zamanı Polşadan qanadları 1,5 metrdən çox olan kamikadze pilotsuz uçuş aparatlarının tədarükü üçün müqavilə imzalanacaq. Onların bir saata qədər havada qala bildiyi və fəaliyyət məsafəsinin təxminən 30 kilometr olduğu qeyd edilib.

2024-cü ildə Cənubi Koreyaya təxminən 200 Warmate pilotsuz təyyarəsinin çatdırılması gözlənilir. Dronun qiyməti təxminən 150 min zlotı (təxminən 39 min dollar) təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
operativmm.az

1Mənbələr