Bu gün səhər saatlarında paytaxtın Sabunçu rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Sabunçu qəsəbəsi ərazisində 3 minik avtomobili toqquşub.
Hadisə nəticəsində bir nəfərin öldüyü, daha bir neçə nəfərin xəsarət aldığı, ərazidə tıxacın yarandığı bildirilib.
***
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sentyabrın 20-si saat 09:00 radələrində Sabunçu rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alan 1 nəfər təcili tibbi yardım briqadası tərəfindən müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Bir nəfərin isə tibbi yardımdan imtinası qeydə alınıb”.
Qəza yerindən çəkilmiş görüntüləri təqdim edirik: