Bu gün "Əsrin
müqaviləsi"nin imzalanmasından 30 il
ötür. Müqavilənin imzalandığı tarix həm də Azərbaycanda neft-qaz sənayesi işçilərinin
peşə bayramı – "Neftçilər Günü" kimi qeyd olunur.
Bu əlamətdar gün münasibətilə
Azercell Azərbaycanın müasir neft sənayesinin əsasını qoyan tarixi "Əsrin
müqaviləsi”nin 30-cu ildönümünə həsr olunmuş videonu təqdim edir.
Neftçilərimizin fədakarlığını
və zəhmətini əks etdirən bu video ölkənin enerji sektorunun formalaşmasında və
firavan gələcəyinin təmin edilməsində "qara qızıl”ın xüsusi rolunu vurğulayır. Video
həmçinin "Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın inkişafı üçün
açılan yeni imkanlar və dünyanın iri neft şirkətləri ilə tərəfdaşlıq münasibətlərindən
bəhs edir.
Əzmkarlığı ilə seçilən
neft-qaz sənayesi işçilərini peşə bayramları münasibətilə təbrik edirik! Peşəkarlığınız
ilə Azərbaycanın tərəqqisinə və dünya enerji arenasında nüfuzunun artmasına
verdiyiniz töhfə əvəzsizdir!
www.anews.az