AZ

Səhiyyə Nazirliyi tenderləri ancaq bu şirkətə verir

Səhiyyə Nazirliyinin balansında olan Bakı Baş Səhiyyə İdarəsi dünən iki tenderinin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, hər iki tenderin qalibi “TEXNOLOG” MMC olub.
Bildirək ki, həmin tederlərdən biri Bakı Baş Səhiyyə İdarəsinin strukturları üçün tibb müəssisələrinə təsərrüfat mallarının satın alınması ilə bağlı olub. Bu işlərin görülməsi üçün sözügedən MMC ilə 222.890,2 manatlıq satınalma müqaviləsi imzalanıb.
Bakı Baş Səhiyyə İdarəsinin ikinci tenderi isə tibb müəssisələrinə təmizlik mallarının satın alınması prosesinə aiddir. “TEXNOLOG” MMC ilə bağlanan satınalma müqaviləsinin dəyəri isə 278.067 manat təşkil edib.
Maraqlıdır ki, bir şirkət elə bir idarənin iki tenderinin necə qalibi olub? Bu faktın özü belə şübhələr üçün əsas yaradır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
tribunainfo.az

1Mənbələr